Biz layihələrin idarə olunması, tikinti və mühəndislik sahəsindəki peşəkar yanaşmamızla daha yaxşı bir gələcəyin qurulmasına töhfə veririk!
PDL Group — 2004-cü ildə Bakı şəhərində təsis olunmuş özəl şirkətdir. Sənaye avadanlıqlarının təchizatı ilə başlayan fəaliyyətimiz bu gün mühəndislik, tikinti və servis sahələrində genişmiqyaslı, kompleks və çoxşaxəli layihələrin həyata keçirilməsi ilə davam edir.
Hazırda PDL Group, sənaye, energetika və neft-qaz sektorlarının aparıcı şirkətləri üçün etibarlı tərəfdaşdır. Biz müxtəlif bölgələrdə layihələri təcrübəli və ixtisaslı mütəxəssislərdən ibarət komandamızın peşəkarlığına arxalanaraq uğurla həyata keçiririk.
Dünya səviyyəli istehsalçılarla əməkdaşlıq və yüksək standartlara sadiqlik bizə müştərilərlə əməkdaşlığın bütün mərhələlərində innovativ və effektiv həllər təqdim etməyə imkan verir.
Tam xidmət dövriyyəsi: layihə idarəçiliyindən texniki dəstəyə qədər.
PDL Group sənaye, energetika və infrastruktur obyektləri üçün mühəndislik, tikinti və texniki xidmət sahələrində inteqrasiya olunmuş həllər təklif edir.
Biz layihənin bütün həyat dövrü ərzində — layihənin idarə olunması və avadanlıqların seçilməsindən başlayaraq, montaj, istismara verilmə və sonrakı servis xidmətinədək — müştərilərimizi müşayiət edirik.
Obyektlərin xüsusiyyətlərini, müştərinin tələblərini və keyfiyyət standartlarını nəzərə alaraq, hər mərhələdə yüksək səviyyəli icranı təmin edirik.
Əsas istiqamətlərimiz:
Biz orijinal avadanlıqların (OEM) aparıcı dünya istehsalçıları ilə əməkdaşlıq edirik. Bu əməkdaşlıq bizə beynəlxalq standartlara tam uyğun texnoloji cəhətdən düşünülmüş həllər təklif etməyə imkan verir.
Etibarlı təchizatçılarla tərəfdaşlıq bizə aşağıdakı üstünlükləri təmin edir:
Yalnız beynəlxalq yoxlamalardan keçmiş sertifikatlı məhsullar.
Rəqabətədavamlı qiymətlər və çevik təchizat imkanları.
İstehsalçılardan birbaşa ekspertiza və təlim imkanları.
Rəsmi sənədləşmə, müddətlərin qorunması və sənaye tələblərinə tam uyğunluq.
Belə əməkdaşlıq bizə layihələrin bütün mərhələlərində uyğunluq, etibarlılıq və uzunmüddətli səmərəlilik təmin etməyə imkan verir.
Təsis ili:
2004
İşçilərin sayı:
150+
Baş ofis:
Bakı, Azərbaycan
Niyə PDL Group sizin üçün ən yaxşı seçimdir?
Beynəlxalq keyfiyyət, əməyin mühafizəsi və ekoloji standartlara uyğun fəaliyyət göstəririk. Layihənin təşəbbüs mərhələsindən tutmuş obyektin təhvili və sonrakı texniki dəstəyə qədər bütün proseslərdə məsuliyyəti öz üzərimizə götürürük. Dayanıqlı əməkdaşlıq prinsipləri ilə çalışır, üzərimizə düşən öhdəlikləri vaxtında və tam şəkildə yerinə yetiririk.
Layihələrin idarə olunmasından və təchizatından tutmuş tikinti, istismara verilmə və texniki servisinə qədər geniş spektrli xidmətlər təqdim edirik. Kompleks yanaşma bizə istənilən mürəkkəblikdə layihəni uğurla həyata keçirməyə və davamlı nəticə təmin etməyə imkan verir.
Peşəkar komandamızda beynəlxalq sertifikatlı mühəndislər, yüksək ixtisaslı texniki mütəxəssislər və təchizat üzrə təcrübəli ekspertlər çalışır. Biz müasir texnologiyalardan istifadə edir, prosesləri optimallaşdırır və obyektləri etibarlı avadanlıqlarla təchiz edirik.
Fevral 2026
Providence Doytch MMC SOCAR Methanol zavodunda 120 ədəd təhlükəsizlik klapanının sınağı, təmiri və təftişi üzrə layihənin icrasına baş...
Noyabr 2025
PDL Group SOCAR-a məxsus Heydar Aliyev Oil Refinery (HAOR) ilə Flowserve RVX yığım qurğularından istifadə etməklə nasos avadanlıqlarının təkmil...
Noyabr 2025
Providence Doytch MMC şirkəti Umid Babek Operating Company (UBOC) ilə imzalanmış Supply of Goods Agreement çərçivəsində sənaye ava...
Sentyabr 2025
10–12 sentyabr 2025-ci il tarixlərində Bakı Ekspo Mərkəzində 2-ci Baku Water Week beynəlxalq sərgisi keçirildi. Tədbir su ehtiyatlarının idarə olunması sahə...
"Providense Doyç" Məhdud Məsuliyyətli Cəmiyyəti müştərilərlə yüksək keyfiyyətli xidmətlərin, biznes həllərinin və məhsulların təqdim edilməsinin əhəmiyyətini qəbul edir...
The management system of Providence Doytch LLC Azerbaijan Republic, Baku, AZ1065, Caspian Plaza III, 9 and 15th floor, 44 Jafar Jabbarli street has been assessed...
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Azərbaycan Akkreditasiya Mərkəzi" publ...