read-h1

SOCAR Methanol zavodunda 120 ədəd təhlükəsizlik klapanının sınağı və təmiri

news-30-img

2026-cı ilin fevral ayında Providence Doytch MMC SOCAR Methanol zavodunda 120 ədəd təhlükəsizlik klapanının sınağı, təmiri və təftişi üzrə layihənin icrasına başlamışdır.

İşlərin həcminə avadanlıqların texniki diaqnostikası, funksional sınaqların aparılması, təmir işlərinin yerinə yetirilməsi və kalibrləmə prosedurları daxildir. Bütün proseslər beynəlxalq standartlara və qüvvədə olan normativ tələblərə tam uyğun şəkildə, xüsusi avadanlıqlardan istifadə etməklə və sənaye təhlükəsizliyi qaydalarına ciddi riayət olunmaqla həyata keçirilir.

Layihə müəssisənin texnoloji sistemlərinin dayanıqlı və təhlükəsiz istismarının təmin edilməsinə, avadanlıqların etibarlılığının artırılmasına və əməliyyat risklərinin azaldılmasına yönəlib.

Görülən işlər şirkətin fəaliyyətdə olan istehsalat obyektlərində kritik sənaye avadanlıqlarının texniki xidməti və etibarlılığının təmin edilməsi sahəsində yüksək peşəkarlığını bir daha təsdiq edir.