read-h1

Biz kimik?

Layihələrin idarə olunması və tikinti sahəsində etibarlı komandayıq — təhlükəsiz və dayanıqlı gələcək naminə çalışırıq!

read-h2

Şirkətin tarixi

PDL Group 2004-cü ildə Bakıda sənaye avadanlıqlarının - nasosların, kompressorların və klapanların təchizatı üzrə ixtisaslaşmış kiçik bir müəssisə kimi fəaliyyətə başlamışdır.

Şirkətimizin ilk illərdən əsas hədəfi yalnız avadanlıq təchizatı ilə məhdudlaşmırdı. Biz müxtəlif sahələrin tələblərinə uyğun kompleks və etibarlı texniki həllər təqdim etməyə çalışdıq. Bu strateji yanaşma həm davamlı inkişafımıza təkan verdi, həm də bizi mühəndislik, layihələrin idarə olunması və tikinti sahələrində çoxprofilli və etibarlı tərəfdaşa çevirdi.

İllər ərzində fəaliyyət sahəmizi davamlı olaraq genişləndirərək,avadanlıq və texniki xidmət təchizatından tutmuş layihələrin tam idarə olunması və iri tikinti işlərinə qədər çevik və müştəri yönümlü yanaşmanı tətbiq edirik.

Dünyanın aparıcı OEM avadanlıq istehsalçıları ilə strateji əməkdaşlıq sayəsində biz beynəlxalq keyfiyyət, təhlükəsizlik və səmərəlilik standartlarına cavab verən həllər təqdim edirik.

Hazırda komandamızda 150-dən artıq yüksək ixtisaslı mütəxəssis çalışır: təcrübəli mühəndislər, tikinti və texniki xidmət üzrə mütəxəssislər, təchizat və logistika sahəsində ekspertlər, həmçinin administrativ-idarəedici heyət yer alır. Bu peşəkar heyət bizə istənilən çətinlikdə layihələri uğurla icra etməyə, etibarlılığı, səmərəliliyi və beynəlxalq standartlara tam uyğunluğu təmin etməyə imkan verir.

service-1

Məmnuniyyətlə vurğulayırıq ki:

service-1-black-icon

Layihələri ideyadan istismara verilməyə və sonrakı texniki xidmətə qədər bütün mərhələlərdə müşayiət edirik

service-2-black-icon

Tapşırıqların mürəkkəbliyindən asılı olmayaraq, işləri yüksək keyfiyyətlə və vaxtında icra edirik

service-3-black-icon

Etibar, məsuliyyət və peşəkarlıq prinsiplərinə əsaslanan uzunmüddətli tərəfdaşlıq münasibətləri qururuq

service-4-black-icon

Ölkənin sənaye, enerji və infrastruktur potensialının inkişafına töhfə veririk.

Biz gələcəyə inamla baxır, komandamıza, texnologiyalara və strateji əməkdaşlıqlara sərmayə yatıraraq müştərilərimizə müasir və dayanıqlı həllər təqdim etməyə, hər miqyasda layihələrin etibarlı tərəfdaşı olaraq qalmağa davam edirik.

read-h2

Strategiyamız

PDL Group — layihələrin idarə olunması və tikinti sahəsində tam xidmət dövrünü təqdim edən etibarlı tərəfdaşdır. Biz ideyadan obyektin istismara verilməsinə və sonrakı texniki xidmətə qədər müştərilərimizi layihənin bütün mərhələlərində müşayiət edirik.

Strategiyamız aşağıdakılara əsaslanır:

  • Layihələrin həyata keçirilməsində kompleks yanaşma
  • Güclü və peşəkar komandanın inkişafı
  • Müasir texnologiyaların tətbiqi
  • Dünyanın aparıcı istehsalçıları ilə tərəfdaşlıq
  • Beynəlxalq standartlara və davamlı inkişafa sadiqlik
service-0

Biz işlədiyimiz sahələrdə müştərilər üçün sabit nəticə təmin edən effektiv və təhlükəsiz həllər yaradırıq.

service-1
read-h2

Lokal iştirak

PDL Group — fəaliyyəti Azərbaycanın və Gürcüstanın müxtəlif bölgələrini əhatə edən bir şirkətdir.

Komandamız müxtəlif regionlarında layihələri uğurla həyata keçirir, müştəri tələblərinə operativ şəkildə cavab verir, yerli şəraitə uyğunlaşır və sahəyəxas xüsusiyyətləri nəzərə alır. Resursların bu cür coğrafi bölgüsü layihələrin bütün mərhələlərində çeviklik, etibarlılıq və yüksək icra keyfiyyəti təmin edir.

Biz fəaliyyət sahəmizi inkişaf etdirməyə davam edir, müxtəlif bölgələrdə iştirakımızı ardıcıl şəkildə genişləndirir və strateji əhəmiyyətli nöqtələrdə mövqelərimizi möhkəmləndiririk.

read-h2

Məsuliyyət və dayanıqlı inkişaf

Biz başa düşürük ki, dayanıqlı inkişaf sadəcə dəbə uyğun bir meyl deyil, strateji bir zərurətdir. Fəaliyyətimiz ekoloji, sosial və istehsalat baxımından məsuliyyət prinsiplərinə əsaslanır.

Biz yalnız sahə üzrə tələblərə cavab verməklə kifayətlənmir, eyni zamanda keyfiyyət, əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində öz yüksək standartlarımızı formalaşdırırıq:

advantage-1

Keyfiyyət

Bütün proseslərimiz beynəlxalq standartlara, o cümlədən ISO tələblərinə tam uyğundur. Bu, mütəmadi keçirilən auditlər və akkreditasiyalarla təsdiqlənir. Layihələrin bütün mərhələlərində keyfiyyətin idarə olunması sistemləri tətbiq olunur.

advantage-2

Təhlükəsizlik və əməyin mühafizəsi

Əməkdaşlarımızın və podratçılarımızın təhlükəsizliyi bizim üçün birinci dərəcəli prioritetdir. HSE (Sağlamlıq, Təhlükəsizlik və Ətraf mühit) normalarına ciddi şəkildə əməl edirik, qabaqlayıcı tədbirlər həyata keçirir və heyətə mütəmadi təlimlər keçiririk.

advantage-3

Ekologiya

Logistika proseslərinin optimallaşdırılması, enerjiyə qənaət edən həllərin tətbiqi və tullantıların düzgün utilizasiyası vasitəsilə ətraf mühitə təsiri minimuma endiririk. İstər quru, istərsə də dəniz obyektlərində işlər ekoloji nəzarət altında aparılır.

Məqsədimiz yalnız layihələri uğurla həyata keçirmək deyil, həm də gələcək nəsillər, sənaye və planetimizin davamlı inkişafı üçün məsuliyyətli yanaşmanı təmin etməkdir.