read-h1

PDL Group tərəfdaşlığı gücləndirərək UBOC şirkəti üçün avadanlıq tədarükünü uğurla həyata keçirdi

news-26-img

2025-ci ilin noyabr ayında Providence Doytch MMC şirkəti Umid Babek Operating Company (UBOC) ilə imzalanmış Supply of Goods Agreement çərçivəsində sənaye avadanlıqlarının ilk tədarükünü uğurla tamamlamışdır.

Tədarük sərt keyfiyyət tələbləri, istehsal prosesinə nəzarət və mərhələli verifikasiya kimi şərtləri əhatə edən müqavilə öhdəliklərinə tam uyğun şəkildə həyata keçirilmişdir. Avadanlıqlar bütün lazım olan yoxlamalardan və sınaqlardan keçərək istismara hazır vəziyyətdə təsdiqlənmişdir.

Bu tədarük PDL Group və UBOC arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım olmuş və layihənin növbəti mərhələləri üçün etibarlı baza yaratmışdır. Şirkət tərəfdaşların gözləntilərinə və sənaye tələblərinə uyğun olaraq stabil və etibarlı tədarükləri təmin etməyə davam edəcəkdir.