read-h1

PDL Group 2-ci Baku Water Week 2025 sərgisində iştirak etdi

news-25-img

10–12 sentyabr 2025-ci il tarixlərində Bakı Ekspo Mərkəzində 2-ci Baku Water Week beynəlxalq sərgisi keçirildi. Tədbir su ehtiyatlarının idarə olunması sahəsində aparıcı şirkətləri və mütəxəssisləri bir araya topladı.

Böyük məmnuniyyətlə bildiririk ki, PDL Group irriqasiya, mühəndislik və infrastruktur sahəsindəki layihə və həllərini W210 stendində təqdim edərək iştirakçıların böyük marağını qazandı. Sərgi çərçivəsində komandamız tərəfdaşlarla və müştərilərlə görüşərək perspektiv layihələr və əməkdaşlıq imkanlarını müzakirə etdi.

Əsas məqamlar:

  • İnnovativ mühəndislik və infrastruktur həllərinin təqdimatı;
  • Həyata keçirilmiş irriqasiya layihələrinin nümayişi;
  • Tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və sahə üzrə təcrübə mübadiləsi.

Baku Water Week 2025-dəki iştirakımız PDL Group-un bazardakı mövqeyini daha da gücləndirərək, innovasiyalara, etibarlılığa və davamlı inkişaf prinsiplərinə sadiqliyini bir daha təsdiqlədi.