read-h1

BP Caspian ilə MRO məhsullarının tədarükünə dair üçillik müqavilə imzalanması

news-6-img

2020-ci ilin aprel ayında PDL MMC şirkəti BP Caspian ilə texniki xidmət, təmir və istismar (MRO) məhsullarının tədarükünə dair üçillik müqavilə imzalamışdır. Bu saziş BP-nin Azərbaycan və Gürcüstandakı əməliyyatlarını dəstəkləməyə yönəlmişdir və dünyanın aparıcı enerji operatorlarından birinin şirkətimizə olan yüksək etimadını əks etdirir.

Müqavilə çərçivəsində nəzərdə tutulur:

  • Ümumistehsalat ehtiyat hissələrinin və istismar materiallarının tədarükü;
  • Vendor Managed Inventory (VMI) modeli üzrə ehtiyatların təşkili və idarə olunması, o cümlədən konsiqnasiya anbarının qurulması;
  • MRO məhsullarının rahat sifarişi üçün elektron kataloqun təqdim edilməsi və Punchout funksiyasının dəstəklənməsi.