2025-ci ilin may ayında PDL Group şirkəti ilə SOCAR Carbamide arasında 167 ədəd təhlükəsizlik klapanının (PSV) sökülmədən testdən keçirilməsi və sertifikatlaşdırılması üzrə saziş imzalanmışdır.
Bu proses Ventil Preventest qurğusu vasitəsilə həyata keçirilmişdir.
Sözügedən texnologiya istehsalat prosesini dayandırmadan klapanların onlayn testini aparmağa imkan verir, bu isə yüksək dəqiqlik, təhlükəsizlik və minimum dayanmalarla təmin olunur.