read-h1

PDL Group Zərdab rayonunda 834 hektarlıq əkin sahəsinin su təminatını yaxşılaşdırmaq üçün layihəyə başlayıb

news-9-img

2023-cü ilin dekabr ayında PDL Group Zərdab rayonunun Şahhüseynli kəndində yerləşən 834 hektarlıq əkin sahəsinin suvarma imkanlarını yaxşılaşdırmaq məqsədilə mühüm infrastruktur layihəsinin icrasına başlamışdır.

Layihənin əsas məqsədi — kənd təsərrüfatı sahələrinin dayanıqlı su təminatını və məhsuldarlığın artırılmasını təmin etməkdir.

Bu çərçivədə aşağıdakı işlər həyata keçirilir:

  • Panton və ətraf ərazilərdə kompleks montaj və tikinti işləri,
  • Ərazidə gözətçi evinin inşası,
  • 3800 metr uzunluğunda metal boruların qaynağı, izolyasiyası və quraşdırılması,
  • Boru xətlərində UT (ultrasəs) sınaqlarının aparılması.

Layihə çərçivəsində icra olunan işlər kənd təsərrüfatı üçün su ehtiyatlarının daha effektiv və etibarlı şəkildə idarə olunmasına, həmçinin yerli icmaların həyat keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək.